Bəşər Əsəd iflic olub? - Prezident xəstəxanaya yerləşdirildi, Moskava həkim göndərdi

img

24-01-2017 [11:59]


Suriya prezidenti Bəşər Əsəd əsəb iflicinin simptomları ilə xəstəxanaya yerləşdirilib.

Bu haqda "UA Dialoq” nəşri bildirib.

Həmçinin məlum olub ki, Əsəd sol gözünü aça bilmir. Onun hazırda Dəməşq klinikalarından birində olduğu deyilir. Əsədin müalicəsi üçün təcili surətdə Moskvadan tibbi mütəxəssislər göndərilib.

Nəşrin yazdığına görə, dövlət başçısının psixikası əhəmiyyətli dərəcədə pozulub. Prezident yaxın vaxtlarda "The Sunday Times” nəşrinə müsahibəsində gecələr yuxusuzluqdan əziyyət çəkdiyini bildirib.

Publika.az

Digər xəbərlər
SON XƏBƏRLƏR