Gənclər üçün “İT mühəndislik” təlimi

img

24-01-2017 [10:52]


Sumqayıt gəncləri üçün "İT mühəndislik” təlimi keçirildi. 

21 yanvar 2017-ci il tarixində Sumqayıt şəhərində "Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində "İT mühəndislik” peşəsi mövzusunda növbəti təlim keçirilib.

Layihənin koordinatoru Rəşad Yunusov gənclər arasında peşə təhsilinə marağın artırılması, onlara müasir peşələrə yiyələnməyin yollarının öyrədilməsi istiqamətində Qeyri Hökumət Təşkilatlarının fəaliyyətlərini genişləndirmək layihənin əsas məqsədlərindən olduğunu qeyd etmişdir. Təlim şəbəkə texnologiyaları sahəsində peşəkar mütəxəssis Seymur Mirişov tərəfindən keçirilmişdir. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunda. Qeyd edək ki, layihə çərçivəsində gənclər üçün "Dəbli biznes” mövzusunda da təlim təşkil olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR