AŞPA sədrindən Qarabağ açıqlaması: "Vəziyyət hələ də təhlükəli olaraq qalır”

img

24-01-2017 [09:05]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt regiondakı, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı uğur əldə olunmamasına təəssüf edir.

 AŞPA-nın qış sessiyasının açılışında çıxış edən Aqramunt  Avropa Şurası üzvləri olan ölkələr arasındakı münaqişələrin həllində razılığa gəlinməməsindən danışıb.

O, bu kontekstdə Qarabağ münaqişəsini və Ukraynadakı situasiyanı yada salıb.

"2016-cı ilin aprelində Qarabağ münaqişəsi zonasındakı təmas xəttində təhlükənin artması qeydə alınıb. Vəziyyət hələ də təhlükəli olaraq qalır”, – o, vurğulayıb.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR