“Formula-1”in icraçı direktoru istefaya göndərildi - Səbəb + Açıqlama

img

23-01-2017 [23:33]


"Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib.
 
Bu barədə jurnalistlərə B. Ekklstoun özü bildirib.
 
"Bu gündən mən "Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm”, - deyə B.Ekklstoun qeyd edib.
 
Qeyd edək ki, ötən il "Formula-1” ABŞ-ın "Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR