"Güzəştli mənzil” sistemi mayın 1-dən işə düşəcək - Aylıq ödəniş 130 manatdan başlayır

img

23-01-2017 [20:04]


Sosial evləri almaq üçün müraciətlərin qəbulu yaxın aylarda başlanacaq.

Mia.az xəbər verir ki, dövlət başçısının fərmanı əsasında yaradılacaq "Güzəştli mənzil” sistemi mayın 1-dən işə düşəcək və elektron müraciətlər də o vaxtdan başlanacaq. Həmin vaxta qədər isə sosial evləri almaq üçün sakinlər kağız formada müraciət edə bilər.

Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakının Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Jurnalda qeyd olunur ki, bu kompleksdə 1850 mənzil olacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaq.

Bundan başqa məlumat verilib ki, sosial mənzillərdə aylıq ödəniş oxşar evlərin kirayə haqqından artıq olmamaqla müəyyən ediləcək.

Məlumatda deyilir: "Faktiki olaraq birotaqlı mənzillər üçün aylıq ödəniş 130-140, üçotaqlılar üçün 330-350 manatdan artıq olmayacaq”.

Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda ikinci belə kompleksin inşası da planlaşdırılır. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da tikintisi nəzərdə tutulur(trend).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR