"Elmar Məmmədyarov təcili istefa verməlidir" - Tələb

img

23-01-2017 [17:36]


Anar Həsənovun verdiyi sual 5-ci kolonun iç üzünü birbaşa ortaya qoydu. Azərbaycan cəmiyyətində uzun müddətdir ki, Rusiyanın Qarabağ problemini ölkəmizin xeyrinə həll edəcəyinə dair gözləntilər var idi. Amma Lavrovun bu bəyanatı rusların əslində nə düşündüklərini ortaya qoydu.   

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

Partiya sədrinin sözlərinə görə 5-ci kolon artıq ölkəmizə qarşı əks-hücuma keçib: 

"Anar Həsənovun sualı çox yerində oldu, mənim bu jurnalistə hörmətim artdı. Biz artıq görürük ki, ölkəmizdəki ruspərəstlər əks hücuma keçiblər. İndi artıq tam olaraq məlum oldu ki, Qarabağ problemini yaradan Rusiyadır. Azərbaycanın torpaqlarının işğal olunmasının əsas baiskarları erməni lavrovlardır. Onun Azərbaycanda da qohumları var. Lavrov Azərbaycan xalqını təhqir edib, ölkəmizin müstəqilliyiinin üstündən xətt çəkib. Qarabağ Azərbaycanın daxili işidir, bu torpaqlar da bizim ərazilərdir. Ermənistanın ərazisi də bizimdir. 

Zaman-zaman daxilimizdə olan satqınlar ermənilərə bu əraziləri hədiyyə edib. Bu gün də ölkəmizdə belə satqınlar az deyil. Ölkəmizdə Rusiya medalları daşıyan çoxlu məmur var, getsinlər o medalları Leinin mavzoleyi önünə töksünlər, bizə medal yox, Qarabağ lazımdır. 5-ci kolon dövlət başçısının əleyhinə gedir. 

Mən bütün siyasi qüvvələri prezidentin ətrafında birləşməyə dəvət edirəm. Belə davam etsə bu satqınlar ölkəmizi uçuruma apara bilər. Ona görə də Azərbaycanda milli birlik olmalıdır. Bizim xarici işlər naziri Lavrova cavab vermək əvəzinə onun sözlərini malalamaqla məşğul oldu. Elmar Məmmədyarov təcili istefa verməlidir. Bacarmırlar çıxıb getsinlər. Nə vaxta qədər kreslolarına yapışacaqlar? Biz bu gün də, sabah da bu mübarizədəyik.

 Prezident addım atıb bu xəyanətkarlardan ölkəmizi təmizləməlidir. Bundan sonra biz torpaqlarımızı azad edə bilərik. BMT-nin 4 qətnaməsi var, bu bəs edir ki, biz işğalçıları öz torpağımızdan rədd edək. Bu məsələ Azərbaycanın öz daxili işidir. Biz ərazi bütövlüyümüzü istədiyimiz formada bərpa edə bilərik, heç kimin hüququ yoxdur ki, bizim daxili işimizə burnunu soxsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR