"Azərsu" 26500 abonentinə "ASAN xidmət" vasitəsilə xidmət göstərib

img

23-01-2017 [15:08]


"Azərsu" ASC-nin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.

"Azərsu”yun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, 2016-cı ildə ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişlənməsi daha böyük istehlakçı qruplarının "Azərsu”yun təqdim etdiyi xidmətlərdən istifadəsinə şərait yaradıb.

Ötən il "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən "Azərsu”yun xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26 565 müraciət edilib. Müraciətlərin 7905-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 5694-ü yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 4652-i abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub.
Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 2156, ödənişlə bağlı 1907, borclar haqqında məlumatların verilməsi ilə bağlı 2113, digər məsələlərlə bağlı 2138 müraciət daxil olub. Ən çox müraciət (7382) Sabunçu rayonundakı 4 saylı "ASAN xidmət” mərkəzində qeydə alınıb.
Qeyd edək ki, "ASAN xidmət” mərkəzlərində "Azərsu”yun müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. "Azərsu”yun müştəri xidmətləri ilə bağlı 2014-cü ildə 10013, 2015-ci ildə 17108 və 2016-cı ildə 26565 olmaqla, ümumilikdə 53686 müraciət daxil olub. Hazırda "Azərsu”yun xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki "ASAN xidmət” mərkəzlərində təşkil olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR