Partiya sədri məmurların hədəfində: Kimlər təhdid edir?

img

23-01-2017 [11:01]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ən çox təhdid edilən və iqtidardakı bəzi qüvvələrin hədəfində olan siyasətçidir

H.Hacıyev aktiv fəaliyyəti, açıq şəkildə çıxışları, adlar çəkərək hədəfləri vurması hakimiyyətdəki qüvvələri narahat edir. MMP sədrinin radikal fikirləri, nazir və məmurları ölkəni uçuruma apardığını söyləməsi, prezident İlham Əliyevə açıq çağırış edərək komandasındakı yırtıcı şəxsləri uzaqlaşdırması təklifi müəyyən dairələri narahat etməkdədir.

Üstəgəl, onun rəhbərlik etdiyi partiyaya insanların axın etməsi, partiya sıralarına qoşulması, iqtidara sərt sözləri, MMP-nin daha güclü görünməsi hakimiyyətdəki ayrı-ayrı adamları həyəcanlandırır.

H.Hacıyev illərdir ki, susmur, danışır, həm iqtidar, həm müxalifət nümayəndələrinin səhvlərini tənqid edir, xalqa üz çevirən, onun problemlərini həll etməyən nazirləri ifşa edir, onların korrupsiya fəaliyyətini mətbuat səhifələrində ictimailəşdirir. Hətta efir imkanı verilsə, xalqa xitabən daha ciddi tənqidlər səsləndirə bilər.

Politika.Az xəbər verir ki,bu mövqeyi H.Hacıyevi ön plana çıxarıb və hər gün gündəmdə olan hadisələrə münasibət bildirməsi ona təhdid və təzyiqləri gücləndirib.
MMP sədrinə hədə dolu zənglər gəlir, ölümlə təhdid edir, həbslə qorxudur, susmağa çağırır və bəzi nazirlərin, məmurların adlarını çəkməmək istənilir.

Amma stress və təzyiq altında belə H.Hacıyev İ.Əliyevə Nazirlər Kabinetindəki ona zərbə vuran kadrları göstərir.

Onun saytımızda gedən sonuncu müsahibəsi böyük əks-səda doğurub, reaksiyalara səbəb olub. Müxalifətin zəif dövründə təkcə H.Hacıyevi görmək olar. Onun məmur özbaşınalığına etiraz etməsi xalqın yanında olması deməkdir.

Media səhifələrinə, onlayn mətbuata qısa nəzər yetirməklə aydın olur ki, Hafiz Hacıyev kimi məmurlara korrupsioner, rüşvətxor deyən siyasətçi yoxdur.

Məsələn H.Hacıyevin bir çıxışını xatırlamaq yerinə düşər: "Hazırda yedikləri çörəyə xəyanət etməyə hər an hazır olan məmurlar çoxdur”.

Bu çıxış kifayət edir ki, onun mövqeyinin aydın olduğuna əminlik yaransın. Dəfələrlə təhdidlə, sui-qəsdlə üzləşən H.Hacıyev mövqeyindən dönməyib və yenə də xalqın sözünü, dərdini açıq şəkildə çatdırır.

Müasir Müsavat Partiyasının sədri hökuməti islahatlara, şəffaflığa, real iqtisadiyyat yaradılmasına, banklarda kredit faizlərinin aşağı salınması, rüşvətə son qoymağa, aztəminatlı ailələrə, şəhid, qaçqın ailələrinə qayğı göstərməyə, iş yerləri açmağa, məmurların villalarını, banklardakı hesablarını dondurmağa çağırır.



Digər xəbərlər
SON XƏBƏRLƏR