Vergilər Nazirliyi 3 gün vaxt verdi

img

21-01-2017 [14:06]


Vergilər Nazirliyi (VN) vergi ödəyiciləri üçün bəyannamələrin təqdimetmə müddətini artırıb.

Mia.az-ın məlumatına görə, vergi bəyannamələrinin təqdim edilməsi üçün son tarix yanvarın 20-dən 23-nə keçirilib. Başqa sözlə, vergi ödəyicilərinə 3 gün əlavə vaxt verilib:

"Qanunvericilikdə də göstərilib ki, əgər bəyannamələrin sonuncu təqdimetmə günü hər hansı xüsusi günə təsadüf edərsə, o zaman həmin gün növbəti iş gününə keçirilir. Bu il isə "20 Yanvar faciəsi”nin ildönümü Cümə gününə düşdüyü üçün və növbəti iş günü bazar ertəsi yəni yanvarın 23-ü hesab edildiyindən vergi ödəyiciləri öz bəyannamələrini həmin gün təqdim edə bilərlər”, - deyə nazirlikdən qeyd edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR