“Fənərbaxça” prezidenti Aziz Yıldırım sui-qəsdlə hədələnib - Yıldırım zirehli maşında gəzir

img

20-01-2017 [23:35]


"Fənərbaxça” prezidenti Aziz Yıldırım sui-qəsdlə hədələnib. 

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
 
Bildirilib ki, Yıldırıma bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. O isə bu xəbərdarlıqdan nəticə çıxararaq bəzi tədbirlər görüb. 

Hətta ölkə mətbuatı iddia edir ki, klub prezidenti bir aydır zirehli avtomobildə gəzir.
 
Ona dövlət tərəfindən rəsmi qorumalar da təyin edilib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR