DTX daha bir “reket” baş redaktoru tutdu

img

20-01-2017 [23:02]


Dövlət Təhlükəsizlik Xidməti (DTX) "reket jurnalistika” fəaliyyəti ilə məşğul olan daha bir şəxsi ifşa edib.

DTX əməkdaşlarının bu gün keçirdiyi uğurlu əməliyyat zamanı "reket” fəaliyyətlə məşğul olan, ayrı-ayrı şəxsləri şantaj edərək pul alan, daha çox səhiyyə və təhsil işçilərinin "qənim”inə çevrilmiş "Kriminal 107” qəzetinin və eyni adlı ("www.kriminal107.az”) xəbər portalının təsisçisi və redaktoru Maarif Abbasov saxlanılıb.

Ölke.az xəbər verir ki, M.Abbasov müxtəlif vəzifəli şəxsləri şantaj edərək, onlardan pul tələb etdiyi zaman ifşa edilib.

Qeyd edək ki, "Kriminal 107” qəzetinin və eyni adlı xəbər portalının redaksiyası da "Azərbaycan” nəşriyyatının binasında yerləşir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR