Hakimin azadlığa buraxdığı kriminal aləmin üzvü polis rəisinin qardaşı imiş... - İlginc detal

img

20-01-2017 [19:23]


Dünən xəbər verdiyimiz kimi, Nəsimi Rayon Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Belə ki, "Report"un xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub:

"Məhkəmənin hökmü ilə V. Ağayevin barəsində bəraət hökmü çıxarılıb. Vəkil bildirib ki, istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul olunub.

Qeyd edək ki, V. Ağayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub".

Criminal.az-ın məlumatına görə isə, keçən il aprelin 25-ində həbs olunan Vüqar Ağayev Quba rayon yol polis şöbəsinin rəisi Rövşən Ağayevin qardaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR