Тramp komandasını formalaşdırır - Yeni təyinatlar

img

20-01-2017 [13:51]


ABŞ Prezidenti Donald Тramp administrasiyasında çalışacaq daha 17 şəxsin adını açıqlayıb.

Axar.az xəbər verir ki, Sara Xakabi Sanders mətbuat katibinin birinci müavini, Stefanni Qrişem və Lindsi Volters isə müavin vəzifəsinə təyin olunublar.

Tramp Helen Aqirre Ferreni Prezidentin xüsusi köməkçisi və ictimaiyyətlə əlaqələr üzrə direktoru, "Nyu York Cets” futbol klubunun sahibi Vudi Consonu ABŞ-ın Böyük Britaniyadakı səfiri postuna təyin edib.

ABŞ mətbuatı 69 yaşlı Consonun Trampın prezident kampaniyasının əsas sponsorlarından biri olduğunu qeyd edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR