Cavid Qurbanov xəstəxananı otelə çevirir - Həkimlərdən etiraz

img

20-01-2017 [11:40]


Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan, Nəsimi rayonu Puşkin küçəsi 26 ünvanda yerləşən Bakı Dəmir Yolu Xəstəxanası tezliklə hotel olacaq.

 Bu barədə "Bizim Yol” qəzetinə məlumatlı mənbə xəbər verib. Bildirilir ki, xəstəxananın bir korpusu hələlik müvəqqəti olaraq saxlanacaq, tezliklə onun da taleyi həll olunacaq.   

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi cəmiyyətin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan tibb müəssisələridə çalışan böyük sayda işçi heyyətinin maliyyələşdirilməsində çətinliklərin yarandığını bildirərək kadr potensialının optimallaşdırılması ilə bağlı əmr imzalayıb. Bu səbəbdən də böyük ixtisarların olacağı elan edilib. 2017-ci ilin dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə yardımının dayandırılması ilə əlaqədar həmin xidmət və onun tabeliyində olan tibb müəssisələri yanvarın 1-dən təsərrüfat hesablı idarəetməyə keçib. 

Dəmir Yolu Xəstəxanasının işçiləri qərardan narazıdırlar. İxtisar olunan şəxslərə 2 aylıq müavinət veriləcək, işdə qalanlara isə özləri işləyib pul qazanmalı olacaqlar. Rəhbərlik tərəfindən o da bildirilib ki, "Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil. Qalan işçilər öz hesabına işləyir və işlədiyi idarənin icarə haqqını verməlidirlər. Dövlət Dəmir Yolu Xəstəxanasının işçiləri aşağı məbləğdə əmək haqqı aldıqlarını bildiriblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR