İsrail dünyanı lərzəyə saldı - Raketləri artıq kosmosu da vurmağa qadirdir

img

19-01-2017 [23:40]


Ballistik raketləri kosmosda vurmağa qadir olan "Xets-3” komplekslər İsrail ordusunun istifadəsinə verilib.  

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.  

Məlumata görə, "Xets-3” raket əleyhinə müdafiə sistemi İsrail Müdafiə Nazirliyi və ABŞ Raket Əleyhinə Müdafiə Agentliyinin birgə istehsal olunub və artıq İsrail Hərbi-Hava Qüvvələrinin arsenalına daxil edilib.
 
Qeyd edək ki, "Xets-3” raket əleyhinə müdafiə sistemi ötən il uğurla sınaqdan keçirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR