Karikatura ustasının yeni uğurları - Açıqlama + FOTO

img

19-01-2017 [21:57]


Məşhur karikatura ustası Seyran Cəfərli birinci ''Uluslararası Küresel Online'' karikatura yarışmasının münsiflər heyəti tərkibində iştirak edib.

Mia.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində kecirilən yarışmaya 65 ölkədən 800dən çox karikaturaçı, 2500 əsərlə qatılıb. 

Təqdimetmə mərasimində söz alan Seyran Cəfərli belə tədbirlərin tez-tez keçirilməsinin dünya və o cümlədən Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafında böyük rol oynadığını qeyd edib, gələcəkdədə belə tədbirlərdə qarşılıqlı iş birliyinin olmasının önəmini vurğulayıb.

Mərasimdə həmyerlimiz yarışın 1-cilik mükafatını qazanmış Aşkın Ayrançıoğlunun mükafatını təqdim edib. 

Tədbirdən sonra ''Küresel Online'' Uzaktan Eğitimde Dayanışma, Yaygınlaştırma ve Alternatif Eğitim Araştırma Derneği (UZEYAD) şirkətinin prezidenti Şükrü Kaya münsiflər heyəti üzvlərini qəbul etmiş, gələcək planlar və qarşıda duran perspektivlər haqqında müzakirələr aparmış və fikirlərini bölüşmüşdür.

 Xatırladaq ki, karikatura ustasının ötən ayda Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsinin təşəbbüsü ilə 30 karikaturadan ibarət fərdi sərgisidə açılmışdır. Sərgi karikatursevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR