"Qlobal sferada orta təbəqə 7-13 faiz böyüyüb" - Beynəlxalq Valyuta Fondunun direktoru

img

19-01-2017 [21:35]


"Qlobal sferada orta təbəqə 7-13 faiz böyüyüb. Lakin ABŞ kimi inkişaf etmiş ölkələrdə orta təbəqənin faiz göstəricisi kiçilib".

Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristin Laqard Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, orta təbəqənin günlük gəlirinin 10-20 dollar nisbətində olduğunu bildirib:

"Orta təbəqə həm artır, həm də azalır. Böyümə dedikdə, bunu qlobal olaraq nəzərdə tuturuq. Belə ki, son 40 ildə artım müşahidə edirik. Lakin ABŞ kimi inkişaf etmiş ölkələrdə azalmanın şahidi oluruq”.

Laqard onu da əlavə edib ki, gəlir bərabərsizliyi populizm meyillərini gücləndirir.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR