Türkiyə səfirliyinin mətbuat müşaviri BAMF-da: "Hər iki halda xalqın iradəsinə qarşı təcavüz olub" - FOTOLAR

img

19-01-2017 [18:47]


Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edib.

BAMF-dan Mia.az-a verilən məlumata görə, səfirliyin mətbuat müşavirliyinin əməkdaşı Habil Əliyevlə birlikdə BAMF-ın ofisinə gələn diplomat fondun sədri Umud Mirzəyevlə görüşüb.

Görüş Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.

BAMF sədri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bildirib ki, hər iki ölkə mediası Azərbaycan və Türkiyənin ortaq maraqlarından çıxış edərək fəaliyyət göstərməkdədir:

"Bu cəhət illərdən bəri həyata keçirilən işlərin ən böyük nəticəsidir. Rəsmi səviyyədə olduğu kimi, media müstəvisində də işbirliyinin uğurlarından söhbət açmaq üçün kifayət qədər dolğun əsaslar var".

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri H.Karadeniz də eyni fikri bölüşdüyünü dilə gətirib.

26 il əvvəl yanvar ayında tarixə yazılan qanlı hadisələri xatırladan cənab Karadeniz bildirib ki, Bakıda həmin vaxt böyük bir faciə baş verib:

"Çoxlu sayda insanın ölümü ilə nəticələnən bu müstəqillik mübarizəsi  Azərbaycan, həm də  Türkiyənin tarixində qanlı yanvar hadisələri kimi həkk olunub".

Cənab Karadeniz Türkiyədə bu il iyulun 15-də həyata keçirilmiş və 250-dək insanın ölümünə səbəb olan dövlət çevrilişi cəhdinin Türkiyə üçün 20 yanvar hadisələri kimi eyni məna daşıdığını bildirib:

"Hər iki halda xalqın iradəsinə qarşı təcavüz olub. Hər şeyə rəğmən hər iki xalq bu faciələrdən sonra əyilməyib, əksinə müstəqilliyinin keşiyində daha da əzmlə durmağa başlayıb".

Görüşün sonunda isə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri səfirlik adından BAMF sədri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyevə xatirə hədiyyəsi təqdim edib.

Hədiyyə ötən ilin 15 iyul tarixində darbecilər tərəfindən Türkiyə Parlamentinin binasının dağıdılan hissəsindən kiçik bir daş parçasıdır. BAMF sədri hədiyyəyə görə minnətdarlığını bildirib.

Sonda cənab Hamit Karadeniz BAMF-ın ofisi ilə və Eurasia Dairy analitik informasiya portalının iş şəraiti ilə yaxından tanış olub.





Digər xəbərlər
SON XƏBƏRLƏR