"Heç vaxt 550 dollara görə təxirə salmaram" - Keçmiş deputat

img

19-01-2017 [14:26]


Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər. Belə ki, ikinci dəfə Həccə getdən azərbaycanlı 500 ABŞ dolları, üçüncü və daha çox gedənlər isə 550 dollar əlavə ödəniş ödəyəcək.

Azərbaycanda isə nəinki 3-5, hətta, 20 dəfədən artıq Həcc ziyarətinə gedən şəxslər var.

Mia.az xəbər verir ki, keçmiş deputat, 28 dəfə Həcc ziyarətində olamuş Hacı Qalib Salahzadə Modern.az-a açıqlamasında belə bir qaydanın onun Həcc ziyarətinə mane olmayacağını deyib.

"Bəyəm Həcc ziyarətinə getmək hər adama nəsib olur?! Bu elə bir səfərdir ki, gərək Allah onu insana qismət etsin. Bu il də Allah qismət etsə, Həcc ziyarətinə gedəcəm. Heç vaxt 500, ya da 550 dollara görə ziyarətimi təxirə salmaram. Pulun çox olmasının önəmi yoxdur. Əsas odur ki, Allah bunu qismət etsin”.

Hacı Qalib Salahzadə, bəzi adamların hacılar barədə səsləndirdikləri fikirlərə də reaksiya verib.

"Bəzi adamlar var ki, hacı adı gələndə başqa cür danışmağa başlayırlar. Bu yaxınlarda çox tanınmış adam hacıların əleyhinə danışmağa başladı. Mən də dözməyib dedim ki, niyə hacılar haqqında bu qədər sərt və kobud danışırsız? Hacıların nə pis işini görmüsüz?!. Belə insanlara cavab vermədikcə, çoxalırlar”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR