FED uçot dərəcəsini 3%-dək artırmağı planlaşdırır

img

19-01-2017 [10:25]


ABŞ Federal Reserv Sistemi (FED) 2019-cu ilin sonuna kimi uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır.

Mia.az "TASS”a istinadən xəbər verir ki, bu barədə FED rəhbəri Canet Yellen Kaliforniyadakı çıxışı zamanı bildirib.

C.Yellen artımın nə vaxt və qədər olacağını dəqiq deməkdən imtina edib. Onun sözlərinə görə, bu ABŞ iqtisadiyyatının göstəricilərindən asılı olacaq.

Qurumun rəhbəri uçot dərəcəsini mütamadi olaraq artırmağı və 2019-cu ilin sonuna kimi 3% dərəcəsinə çatdırmağı planlaşdırır.

Qeyd edək ki, hazırda uçot dərəcəsi 0,5-0,75 % səviyyəsindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR