Daha 4 min sosial mənzilin tikintisi gözlənilir - Nazirlər Kabineti qərar verəcək

img

18-01-2017 [19:57]


"Statistika və aparılmış tədqiqatlar göstərir ki, bu gün uyğun qiymətlərlə mənzilə ən böyük tələbat məhz Bakıda müşahidə edilir. Bununla bağlınövbəti layihənin də məhz paytaxtda gerçəkləşdirilməsi barədə qərar qəbul edilib.

Müvafiq dövlət qurumlarından olan həmkarlarımız tərəfindən təklif edilən torpaq sahələri arasında həm şəhərin inkişaf planı baxımından, həm də nəqliyyat və başqa mühəndis-kommunikasiya şəbəkələrinin çəkilməsi imkanı baxımından ən əlverişlisi Suraxanı rayonundadır. Sahəsi 20 hektar olan bu torpaq sahəsi Zığ -Hava Limanı yolu ilə Hövsan qəsəbəsi arasında yerləşir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev "Region Plus” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ərazidə tikiləcək mənzillərin sayı 4 min olacaq: "Hazırda bu məsələnin məsul qurumlarla razılaşdırılması qalıb. Nazirlər Kabineti tərəfindən bu torpaq sahəsinin "MİDA” MMC-nin sərəncamına verilməsi barədə qərar qəbul edildikdən sonra, biz dərhal ərazinin müfəssəl planının işlənməsinə və layihə-smeta sənədlərinin hazırlanmasına başlayacağıq. İlkin hesablamalara görə, bu ərazidə tikiləcək mənzillərin sayı, təxminən, 4000 olacaq. Bununla belə, yekun rəqəm hazırda müzakirə edilən bir sıra detallardan asılı olacaq.

Sonrakı mərhələdə biz respublikanın başqa şəhərlərində və rayon mərkəzlərində də müvafiq layihələr gerçəkləşdirməyi planlaşdırırıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR