Bu gecədən Bakının şimal girişi bağlanacaq

img

18-01-2017 [11:59]


Bu gecədən Bakı şəhərinəşimaldan əsas giriş bağlanacaq. Sumqayıt-Abşeron istiqamətindən Bakının 20 Yanvar dairəsi istiqaməti üzrə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

"18-19 yanvar tarixlərində gecə saat 1-dən 3-ə qədər "Şamaxinka" adlanan ərazi istiqamətində avtomobilərin hərəkətinə məhdudiyyət qoyulacaq. Belə ki, bu istiqamətdə yolun genişləndirilməsi nəzərdə tutulub. Həmin ərazidə olan yüksəkgərginlikli işıq dirəyinin yerinin dəyişdirilməsi və həmçinin həmin ərazidə yolun 4 zolaqlı edilməsi məqsədilə bu prosses davam edəcək. Şəhərdaxili "Şamaxina" istiqamətində həkərət edənlər yalnız 3-cü kənar dairəvi yolla hərəkət edərək, istənilən istiqamət üzrə hərəkətlərini davam edə bilərlər", - deyə V. Əsədov qeyd edib.

report


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub