«Ermənilərin burnunun oyulmaq vaxtıdır» - Partiya sədrindən xəbərdarlıq

img

17-01-2017 [16:14]


Qarabağ cəbhəsində yaranan gərginlik ictimai-siyasi düşərgədə də narahatlıq yaradıb.

Bu barədə mia.az-a açıqlama verən MMP sədri Hafiz Hacıyev cəbhədəki gərginliyin artmasında Azərbaycan tərəfini də suçlayıb. Onun sözlərinə görə, bizim loyal mövqe sərgiləməyimiz ermənilərin daha ötkəm hərəkət etmələrinə rəvac verib: «Erməni kimdir ki, gəlib bizim torpaqlarımızda əməliyyat keçirir? Onlara dərsini ciddi şəkildə verməliyik. Bu sahəyə rəhbərlik edən şəxslər boş-boş bəyanatlar verməməlidirlər. Onsuz da torpaqlarımızın 20 faizini işğal ediblər. Bakı da qohum-əqrəbası erməni olanlar tərəfindən zəbt olunub. Hakimiyyətdə təmsil olunan bəzi erməni mənşəli adamlar da düşmən tərəflə eyni fikirdədirlər. Ona görə də ermənilər arxayındırlar. Arvadı erməni olan məmurlar arvadlarından elə qorxurlar ki, nəyə desən, gedərlər. Hesab edirəm ki, ermənilərin burnunun oyulmaq vaxtıdır. Təəssüf ki, bu gün hakimiyyətdəki bəzi mənfur qüvvələr buna imkan vermirlər. Amma ermənilər elə də arxayın olmasınlar, hakimiyyətə gələn kimi onların axırına çıxacağıq».

Beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı tutduqları mövqedən narazı olan partiya sədri onu da vurğulayıb ki, belə bir situasiyanın formalaşmasının da təqsirkarı xarici siyasəti yürüdənlərdir: «Bizim apardığımız xarici siyasət düzgün olsaydı, bütün dünya işğalçı Ermənistana qarşı olardı. Biz elə bir siyasət qurmalıyıq ki, hər kəs bizimlə hesablaşsın, bizim sözümüzü desin. Nə Qərbin, nə Amerikanın, nə də Rusiyanın yanındayıq. Ona görə də bizə qarşı təzyiqlər hər zaman olub, bundan sonra da olacaq. Bundan əlavə, beynəlxalq təşkilatlar ikiüzlü siyasət yürüdür, ATƏT-in Minsk Qurupu xristian mənşəli qurumdur, gəlirlər, çörəyimizi yeyib, suyumuzu içirlər, üstəlik ciblərini doldurub gedirlər. Qarabağın qaytarılması məsələsi onların gündəmində olmayıb, olmayacaq da».

2016-05-20-16-25-57hafiz-hedeledi.jpg (424×262)

MMP sədrinin sözlərinə görə, xarici siyasətdəki uğursuzluqlarımızdan biri də diasporamızın normal işləməsidir. «Erməni diasporu çox yaxşı işləyir. Bizimkilər də yaxşı işləyirlər, amma öz mənafelərinə görə. Xaricdə obyektlər alırlar, milyonlar qazanırlar. Belə bir şəraitdə beynəlxalq aləm heç vaxt Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə etməyəcək. Ona görə də biz bu barədə qəti addımların atılmasının tərəfdarıyıq. Ermənistana da, dünyaya da özümüzü tanıtmalıyıq», - deyə H.Hacıyev fikrini tamamlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR