Elşad Abdullayevin vergi borcu silindi - Yarım milyon manata yaxın

img

17-01-2017 [14:21]


Azərbaycanda bağlanan universitetlərin vergi borcları da silinib.

Mia.az xəbər verir ki, məlumat Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısınıda qeyd olunub.

Məlumatda vurğulanır ki, Azərbaycan Beynəlxalq Universitetinin 353 min 310 manat, Müstəqil Azərbaycan Universitetinin 98 min 399,9 manat vergi borcu silinib.

Xatırladaq ki, 09-01-2010 tarixində Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. ABU təsisçisi və rektoru Elşad Abdullayev olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR