İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları – SİYAHI (FOTOLAR)

img

17-01-2017 [13:37]


Yüksək vəzifə tutan məmur övladlarının ölkənin qanunverici orqanında müxtəlif postlara yerləşdirilməsi ənənə halını alıb.

Mia.az Gununsesi.info-ya istinadən Milli Məclis Aparatında çalışan yüksək vəzifəli şəxslərin övladlarından bəzilərini təqdim edir:

Uzun illər müxtəlif rayonlarda, son iş yeri isə Göyçayın icra başçısı postu olan Mübariz Ağayevin oğlu Hüseyn Ağayev Milli Məclis sədrinin müavininin köməkçisi işləyir.

huseyn

Hüseyn Ağayev

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun oğlu Fuad Məmmədov  Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini vəzifəsini tutur.

fuad

Fuad Məmmədov 

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev  də parlament aparatında çalışır.

Bundan başqa Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun oğlu Ramil İsaqov da Milli Məclisdə mühüm post tutan məmur uşaqlarındandır.

Abşeron Rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədovanın oğlu Məhəmməd Gülməmmədov parlament aparatında çalışır.

Bundan başqa icra başçısının qardaşı oğlu İlkin Qəhrəmanov da onun oğluyla birlikdə Milli Məclisdə işlə təmin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR