ABŞ-ın 23 məşhur şəxsi Trama məktub yazdı: "İrana qarşı “mücahidlər”dən istifadə edin”

img

16-01-2017 [15:51]


Nyu-York şəhərinin sabiq bələdiyyə başçısı Rudi Culiani, sabiq senator Co Liberman, Klinton dövründə ABŞ Baş Qərargahının rəisi olmuş general Hyu Şelton və daha bir neçə şəxs Donald Trampa məktub yazaraq, ondan İrana qarşı "Mucahidine xəlq” ("Xalqın mücahidləri”) terror təşkilatı ilə iş birliyi etməyə çağırıblar.

"Fox News” yayımladığı məktuba imza atmış 23 sabiq hökumət rəsmisi və hərbçi Fransada məskən salmış təşkilat barədə yazır:

"İran bu qrupu terrorçu adlandırır və bu təşkilatın üzvləri İran-İraq müharibəsində ABŞ-a kömək edən və İranın nüvə proqramını ifşa edən şəxslərdir”.

Məktubda qeyd edilir: "İran İslam Respublikası ABŞ-ın strateji maraqlarını hədəfə alıb. O, bizim və müttəfiqlərimizin bölgədəki siyasətinə və prinsiplərinə meydan oxuyur. Amerikanın dünyadakı nüfuzunun və etibarının yenidən bərpa edilməsi üçün Vaşinqton öz siyasətini dəyişdirməlidir”.

"Fox News”un məlumatına əsasən, ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi Con Bolton da məktubdakı çağırışı dəstəkləyib.

Xatırladaq ki, "Mucahidine xəlq” Dövlət Departamentinin terror təşkilatları ilə bağlı "qara siyahı”sındadır.

Strateq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR