Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Video

img

16-01-2017 [14:52]


Sosial şəbəkələrdə Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı ağır söyüşlərlə təhqir etməsi barədə görüntü yayılıb.

Polis mayoru Məmmədsadiq Nağıyev vətəndaşı polis bölməsinə gətirib və onu təhqir edib.

Sözügedən kadrlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə qafqazinfoya açıqlama verib. KƏliyev yayılan videodan xəbərdar olduğunu qeyd edib: "Hazırda araşdırma aparılır. Müəyyənləşdirilsin ki, videodakı kimdir, nəyə görə söyüş söyür. Dəqiqləşdirmək lazımdır ki, o həqiqətən də yol polisi işçisidirmi? Araşdırmanın nəticəsi bilinəndən sonra həmin şəxs barəsində tədbir görüləcək”.

Qeyd: Videoda söyüşlər redaksiya tərəfindən montaj olunaraq çıxarılıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR