“XXI əsrin peşələri” mövzusunda təlim

img

16-01-2017 [12:02]


Sumqayıtda gənclər üçün "XXI əsrin peşələri” mövzusunda təlim keçirilib.

14 yanvar 2017-ci il tarixində Sumqayıt şəhərində "Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində "XXI əsrin peşələri ” mövzusunda növbəti təlim keçirilmişdir.

Tədbirdə "Sumqayıt tələbələri” İB-nin sədr müavini Rüfət Mahmudzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Jalə Məmmədova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə İş sektorunun müdiri Ceyhun Məmmədov çıxış edərək təlim iştirakçılarına gənclərlə iş sahəsində yeniliklərdən və prespektivlərdən, eyni zamanda Gənclər Fondunun fəaliyyəti barədə məlumatlar vermişlər.

Müasir peşələr və internet texnologiyaları üzrə mütəxəssis Ayaz Abuşov tərəfindən aparılan təlim gənclərin maraqlarına uyğun olaraq interaktiv şəraitdə təşkil olunmuşdur. Təlim zamanı interaktiv oyunlardan, qrup işlərindən və təcrübə metodikasından istifadə olunmuşdur.

Qeyd edək ki, layihə çərçivəsində növbəti təlimlər "İT Mühəndislik ”, "Dəbli Biznes”- Modelyer-dizayner peşələri istiqamətində təşkil olunacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR