Milli Məclisdə yeni - Təyinat

img

16-01-2017 [11:58]


Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Hacı Mirhəşim Miryaqub oğlu Seyid təyin olunub. O buna qədər bu şöbənin müdir müavini olub.

Xatırladaq ki, oktyabrın 11-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutması nəticəsində Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov Azərbaycanın Avropa Məhkəməsindəki hakimi seçilib. O, vəzifəsinin icrasına bu aydan başlayıb.

Azərbaycanı 2003-ci ildən Avropa Məhkəməsində Xanlar Hacıyev təmsil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR