"Aprel döyüşlərindən daha genişmiqyaslı döyüşlər gedə bilər" - Ekspertdən xəbərdarlıq

img

16-01-2017 [11:53]


"Aprel döyüşlərindən sonra cəbhə xəttində daha genişmiqyaslı döyüşlər gedə bilər”.

Mia.az xəbər verir ki, bu sözləri unikal.org-a hərbi ekspert Üzeyr Cəfərov bildirib. O, qeyd edib ki, Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq etməsi gözlənilən idi: "Ermənistan tərəfinin son vaxtlar Azərbaycana qarşı göstərdiyi bu münasibətdən də bunu hiss etmək olur. Ermənistanın bizim əsgərimizin cəsədinin dekabrın 29-dan bu tərəfə verilməməsi tərəflər arasında gərginlik yaşadacaq pis bir ənənənin başlanğıcını qoydu. Şəxsən mən gözləyirdim ki, cəbhədə gərgin vəziyyət ilk gündə baş verə bilər. Ermənistan tərəfi bütü səddləri aşıb. Cansız bədəni alver predmetinə çevirməyin özü də insanlıqdan kənar bir hərəkətdir. Amma bunu ermənilər etdilər. Düşmən mətbuatından oxuyuram ki, onlar bunu Azərbaycana cavab olaraq edirlər. Guya, Azərbaycan dəfələrlə düşmən əsgərinin nəşini gec qaytarıb. Bir sözlə ermənilərdən istənilən hərəkəti gözləmək olardı”.

Ü.Cəfərov həmçinin vurğulayıb ki, tərəflər arasında ən çox gərginliyin yaşanmasında maraqlı olan tərəf ATƏT-in Minsk Qrupunun həmsədrləridir:"İndiyənədək iki ölkənin rəhbərlərini bir araya gətirmək üçün çox cəhdlər edirdilər. Ermənistan təxribatlarını davamlı sürətdə həyata keçirirdi. Cəbhədə yaşanan o gərginliyin, laqeyidlik və özbaşınalığın nəticəsidir ki, cəbhədə belə hadisələr yaşanır. Mən çox narahatam ki, vəziyyət dərinləşə bilər. Burada böyük dövlətlərin maraqları da istisna deyil. Bu istəkdə də hər an çoxsaylı insan itkisiylə nəticələnə bilər. Aprel ayında qoşunlar tam şəkildə döyüş əməliyyatlarına cəlb olunmamışdı. Düşmən tərəfi də aprel döyüşlərindən sonra cəbhə bölgəsinə ciddi silahlar toplayıb. İstənilən an həmin o silahlar hərəkətə gəldiyi təqdirdə, itkilərin sayı da çox ola bilər”.

Xatırladaq ki, bir az əvvəl Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib.

Yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub.






Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR