General Məhərrəm Əliyev qardaşları ilə bir arada - FOTO

img

16-01-2017 [00:40]


Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı Allahverdi Əliyevin 70 yaşı tamam olub.

Mia.az Moderator.az-a istinadən xəbər verir ki, bu münasibətlə qardaşlardan kiçiyi – millət vəkili Adil Əliyev yubiley ziyafəti zamanı çəkilmiş fotonu paylaşıb. Və bu sözləri yazıb: 

"Böyük qardaşım Allahverdi Əliyevin 70 yaşını qardaşlar arasında qeyd etdik. Onun haqqında çox sözlər yazmaq olar. Qısa olaraq söyləyim ki, Allahverdi qardaşım Azərbaycanın güclənməsinə çalışan və onun uğurlarına sevinən insanlardandır. Allah cansağlığı və uzun ömür versin.

Ürəkdən təbrik edirəm”.

Mia.az xəbər verir ki, Allahverdi Əliyev uzun illər polis sistemində işləyib. Onun sonuncu iş yeri Nəqliyyatda Baş Polis İdarəsi olub.

Allahverdi Əliyev Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsindən təqaüdə çıxıb.

Onun hazırda Çexiyada yaşadığı haqda da informasiyalar dolaşır...


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR