"Get, səni şərləyənlərlə mübarizə apar..." - General jurnalistə telefon açdı (Dialoq)

img

15-01-2017 [14:21]


Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev Gununsesi.info saytının baş redaktoru, vaxtilə MTN tərəfindən şərlənərək həbs olunmuş Pərviz Həşimliyə telefon açıb.

Son günlər bu saytda M.Şıxəliyevin törətdiyi çoxsaylı cinayətlərdən bəhs olunur, onun müəmmalı şəkildə cinayət məsuliyyətində cəlb olunmaması məsələsi ortaya qoyulur.

 İki gün əvvəl isə M.Şıxəliyevin "Bandotdel”ə aparıldığı barədə məlumat verilib. Bütün bunlardan narahat olan MTN-in "baş torbatikəni” əsəblərini cilovlaya bilməyib. 

Mia.az Gununsesi.info-ya istinadən MTn generalı ilə Pərviz Həşimli arasındakı dialoqu təqdim edir:

Mövlam Şıxəliyev: Siz gündə bir şey yazırsınız. Məndən nə istəyirsiniz?

Pərviz Həşimli: MTN cinayətlərinin əsas məsuliyyətini daşıyan vəzifəli şəxs kimi sizdən yazılması təbii deyilmi?

Mövlam Şıxəliyev: Mən neynəmişəm axı…Gedin, başqalarından yazın. Kim nə edibsə, hesabatını da özü verir. Mənim adımı hallandırmaqla, böhtan atırsınız.

Pərviz Həşimli: MTN-də sizin rəisi olduğunuz baş idarədə yüzlərlə insanın qanunsuz istintaqları aparılıb, elə biri mənim özümü götürün. Eldar Mahmudovun məni şərləməsi üçün saxta hüquqi əsaslar yaratmısınız. Mən cinayətkar idim ki, tabeçiliyinizdə olan müstəntiq Elşən Murtuzov saxta istintaq aparırdı?

Mövlam Şıxəliyev: Mən sənin istintaqını aparmışam? Səni kim tutub get, onların yaxasından yapış. Özün də bilirsən ki, səni kimlər tutub.

Pərviz Həşimli: Siz MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmusunuz. Sizin idarə məni şərləyib. Məsuliyyət sizindir…

Mövlam Şıxəliyev: Bilirsən, nə var, hər şeyi gözəl bilirsən… Mənlik bir şey yoxdur. Get, səni tutanlarla, şərləyənlərlə mübarizə apar, məndən əl çək.

Pərviz Həşimli: "Bandotdel”ə niyə aparılmısınız?

Mövlam Şıxəliyev: Mən sənə sözümü dedim. Bilmədiyin şeyi yazma. (telefonun dəstəyini asır-red.)


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub