Şəhidimiz dəfn olundu - Astarada

img

15-01-2017 [13:17]


Şəhid Fikrət Bəşirov bu gün dəfn olunub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib. 
 
Şəhid Astaranın Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb
 
Qeyd edək ki, F. Bəşirov müddətdən artıq hərbi qulluqçudur. Onun qız övladı beş gün əvvəl dünyaya göz açıb. 

***

Şəhid Fikrət Bəşirov bu gün doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacaq.
 
Mia.az xəbər verir ki, bu barədə APA məlumat verib.

Məlumata görə, bu gün şəhidin doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacağı gözlənilir. 

Xatırladaq ki, ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.
 
Qeyd edək ki, şəhid müddətdən artıq hərbi qulluqçu olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR