Cəlilabadda sürüşmə aktivləşib, yollar çökür - FOTOLAR

img

14-01-2017 [21:39]


Son günlər Cəlilabad rayonunun sürüşmə zonalarında yenidən aktivlik müşahidə olunur. 

Mia.az Azadinform-a istinadən xəbər verir ki, rayonun 10-dan çox kəndini birləşdirən Cəlilabad-Cəngan-Soltankənd  avtomobil yolu boyu təpəlik ərazilərdə iri torpaq layları sürüşmənin təsirindən tədricən yola doğru hərkət edir. Bu da avtomobil yolunun bağlanama təhlükəsi yaradır.

Bundan başqa sözügedən avtomobil yolunun yamaclardan keçən hissələrində sürüşmə yolda iri çatların yaramasına gətirib çıxarıb. Hətta yolun bəzi ərazilərindəki asfalt qatı tamamilə çöküb. Nəticədə avtomobil yolunun hərəkət hissəsi xeyli daralıb. Bu da ərazidə qəza risqini hər an artırır.

Cəlilabad rayonunun Cəngan kəndində də sürüşmə təhlükəsi artmaqda davam edir. Yaşayış evləri üçün təhlükə olmasa da kənd qəbiristanlığı və ona yaxın ərazilərdə sürüşməyə meyllilik hər gün artır.




Digər xəbərlər
SON XƏBƏRLƏR