İlham Əliyev İsveçrəyə gedir - Davos forumu başlayır

img

14-01-2017 [20:51]


Azərbaycan prezidenti İlham Əliyev Davosda İsveçrə prezidenti Doris Loythardla görüşəcək.

Virtualaz.org "Business Standard” nəşrinə istinadən xəbər verir ki, prezidentlər gələn həftə Ümumdünya İqtisadi Forumu çərçivəsində görüş keçirəcəklər.

Xanım Loythard dekabr ayında prezident seçilib və yanvarın 1-dən vəzifələrinin icrasına başlayıb. Bu, onun İsveçrənin dövlət başçısı postunda ikinci müddətidir. O, 2010-cu ildə Konfederasiyaya rəhbərlik etmişdi.

Eyni zamanda, Doris Loythard ətraf mühit, nəqliyyat, energetika və rabitə naziridir. Nazir postunda olduğu müddətdə o, 2011-ci ildə Azərbaycana səfər etmiş və prezident İlham ƏIiyev tərəfindən qəbul olunmuşdu.

Davos forumunda 30-dan çox ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR