Ramil Usubov iki rəisi işdən çıxardı - Yeni təyinatlar

img

14-01-2017 [16:07]


Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər.

Mia.az Report-a istinadən xəbər verir ki, nazirin digər bir əmrinə əsasən, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nərimanov RPİ-nin CAŞ-ın rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nın rəisi, polkovnik Nəriman İmanov Nərimanov RPİ-nın rəisi təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR