Məcburi köçkünlərün çörək pulu ləğv olunub? - Komitədən açıqlama

img

14-01-2017 [12:47]


Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlər üçün aylıq "çörəkpulu"nun və digər imtiyazların ləğv olunmasına dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.

Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Lent.az-a bildirib ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən belə bir qərar verilməyib: "Bu barədə yazılanlar yalandır".

Qeyd edək ki, dünən KİV-də yayılan xəbərə görə, Əli Həsənovun qərarı ilə işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı "çörəkpulu”ndan- 18 manat 15 qəpik  məbləğində vəsaitdən məhrum ediliblər.

Bundan başqa məcburi köçkünlərə  kommunal xərclərə görə, dövlətin ayırdığı vəsait və  nəzərdə tutulan imtiyazlar da ləğv edilib. İndiyədək həmin kommunal xərcləri Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi aidiyyatı üzrə "Azəriqaz”a və "Azərişıq”a ödəyidi. Mənbənin verdiyi məlumata görə, bütün bunların əvəzində məcburi köçkünlərə cəmi 10 AZN əlavə yardım veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR