“Azərsell”in abunəçilərinin müştəri məmnunluğu - Yüksəlib

img

13-01-2017 [20:30]


Hər zaman müştəri xidmətlərinin keyfiyyətinə fikir verən "Azərsell” abunəçilərinin müştəri məmnunluğu 2016-cı ildə artıb.

"Azərsell” abunəçiləri arasında müştəri xidməti nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələrinə əsasən, "Azərsell”in Müştəri Xidmətlərinin işi yüksək qiymətləndirilib. Belə ki, müştəri xidmətlərinin işindən razılıq səviyyəsi 2015-ci ildə qeydə alınan 79%-dən, 2016-cı ildə 83%-ə qədər yüksəlib.

Yüksək nəticə özünü Abunəçi Loyalligi İndeksi NPS (Net Promoter Score) üzrə də göstərib, belə ki, "Azərsell” 2016-ci ildə yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub. Xatırladaq ki, 2014-cü ildə "Azərsell” Azərbaycanda NPS Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan ilk şirkət olub. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) müəyyən edir. 

Bu unikal qiymətləndirməni tətbiqi etməklə,”Azərsell” ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi "Azərsell”ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verir. 2016-cı ildə "Azərsell” eyni zamanda müştəri məmnunluğunu qorumaq və artırmaq üçün texniki bazasını təkmilləşdirib və şirkət əməkdaşlarının təlimləndirilməsi yönündə bir çox işlər həyata keçirib.

Məlumat üçün bildirək ki, "Azərsell” Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən "Azərsell” bu xidmətin keyfiyyətini yüksəldir. 

Bundan əlavə Xidmət Mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilərin yanına "Azərsell” özü gələrək onlara xidmət göstərir. "Azərsell”in Mobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində "Azərsell” tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. "Azərsell” öz abunəçilərinə ən böyük müştəri xidmətləri şəbəkəsi olan 63 Ön Masa və "Azərsell” Ekspres ofisləri və ən geniş satış şəbəkəsi olan 393 rəsmi satış məntəqəsi vasitəsilə xidmət edir. Bu məntəqələr "Azərsell” abunəçilərinə daim yüksək keyfiyyətli xidmət göstərmək üçün bütün ölkə boyu fəaliyyətdədir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR