Prokuror Hərbi Dəniz Qüvvələrinin sabiq komandanına ağır cəza istədi - Məhkəmə prosesi

img

12-01-2017 [13:59]


Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Şahin Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə yanvarın 13-də davam edəcək. 
 
Qeyd edək ki, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilib.


 Onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. Daha sonra onun barəsində olan həbs qətimkan ev dustaqlığa ilə əvəzlənib.

Lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR