Mərkəzi Bank valyuta satışındakı həddi ləğv etdi, manat necə olacaq? - Rəsmi SƏNƏD

img

12-01-2017 [12:43]


Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gündən valyuta alqı-satqısındakı 4 faizlik marjanı aradan qaldırıb.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri müavini bütün banklara, o cümlədən "Azərpoçt"a rəsmi məktub göndərib.

Məktubda deyilir: "Mərkəzi Bankın İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı alış-satış məzənnəsinin rəsmi məzənnədən + 4 faiz həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci ildən ləğv edilmişdir.

Xahiş edirik, işinizdə rəhbər tutasınız".

MEKTUB

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR