Ötən il ETSN-in “Qaynar xətt”inə nə qədər müraciət olub

img

12-01-2017 [11:30]


Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt”inə ümumilikdə 4630 şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ETSN-in əməkdaşları həmin müraciətlərdən 4264-nü yerində araşdıraraq qanunamüvafiq tədbirlər görüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.
Belə ki, il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilən 1537 şikayətdən 1429-u, Dövlət Ekspertiza İdarəsinə göndərilən 2032 şikayətdən 1968-i, Meşələrin İnkişafı Departamentinə göndərilən 440 şikayətdən 383-ü, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilən 98 şikayətdən 93-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilən 403 şikayətdən 284-ü, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilən 54 şikayətdən 43-ü, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə göndərilən 22 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilən 8 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilən 34 şikayət, Milli Hidrometeorologiya Departamentinə göndərilən 2 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, ETSN-nin "Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR