"Diqqətli olsunlar" - Ekspert xəbərdarlıq edir

img

12-01-2017 [10:32]


Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlmaları istisna olunmaqla digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan Prezidenti tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da təəəsüf ki, sahibkarla bundan sui-istifadə etməyə çalışırlar. 

Bu haqda "İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov mia.az-a bildirib. 

O deyib ki, monitorinqlər göstərir ki, son dövrlər mağazalarda vaxti keçmiş malların sayının artması müşahidə edilir. Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də, istehlakçılar məhsul alan zaman diqqətli olmalısı vacibdir. Ərzaq məhsulları alan zaman həmin məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır. Azər Sərdarovun fikrincə, istehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub