“Sosial qanunvericiliyin izahatı və məlumatlandırma” mövzusunda tədbir - FOTO

img

12-01-2017 [10:31]


Gəncə şəhərində 10 yanvar 2017-ci il tarixində "Sosial qanunvericiliyin izahatı və məlumatlandırma” mövzusunda tədbir təşkil olunub. 

Mia.az xəbər verir ki, təlimdə Gəncə şəhəri icra hakimiyyətinin, Nizami və Kəpəz rayon bələdiyyələrinin, DSMF-nin nümayəndələri, Ombudsman Aparatı Gəncə regional mərkəzinin nümayəndəsi və eyni zamanda maraqlı tərəf olan sakinlər iştirak ediblər.

 Layihənin regional əlaqələndiricisi Aynur Əliyeva layihənin məqsədi barədə məlumat verib.

 "Qanuvericiliyin izahı və məlumatlandırma" mövzusunda Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təqdimat etdi. Təlimdə ünvanlı sosial yardım ilə bağlı çoxsaylı suallar verilib. 

Qaldırılan sualları hüquqşünas Səbuhi Abbasov və DSMF-nin mütəxəssisi Vüsal Hacıyev və ekspert Rövşən Novruzov cavablandırıblar.

VEMTAS sisteminə sənədin yüklənməsi ilıə bağlı konkret olaraq Əhmədova Flora Aydın qızının sənədinin üzərində, həmin sənədə imtina verilməsinin səbəbləri müzakirə olundu.  Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı tərəfindən idarə edilir. Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) sözügedən layihənin icraçısıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR