11-01-2017 [19:45]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev "MTN işi” üzrə istintaqda dindirilib.
İttiham aktına əsasən, M.Şıxəliyev keçmiş işçisi Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində dindirilsə də, özü barəsində olan cinayət işi ayrıca icraata verilib və xüsusi araşdırma aparılır.
Mövlam Şıxəliyev ifadəsində bildirib ki, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə başlayıb: "2007-2007-ci illərdə həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləmişəm. Tabeçiliyimdə rəis müavini Təhsin Ağayev, İbtidai İstintaq İdarəsinin rəisi Yasim Məmmədov, onun müavini Nadir Mustafayev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, onun müavini Vüqar Əliyev, 3-cü şöbənin rəisi Mahir Qasımov, onun müavini Samir Əliyev, şöbələrin mühüm işlər üzrə baş müstəntiqlər və müstəntiqlər var idi”.
Zərərçəkənlərdən biri Nizami Kazımov qeyd edib ki, V.Ələkbərov ondan 3 milyon manat tələb etdikdə imtina edib, bundan sonra Mövlam Şıxəliyev onu qəbul edib: "O mənə dedi ki, əgər Vüsalın tələb etdiyi pulu verməsəm, məni 8 ildən 12 ilədək həbsə atacaq. Mən pulumun olmadığını dedim, Vüsal məbləği 2 milyona saldı, yenə imtina etdim. Bir neçə gündən sonra Mövlam Şıxəliyev təkrar məni qəbul edərək 2 milyonu verməyimi tələb etdi. Dedi ki, əgər verməsəm, başıma torba salıb aşağıdakı "maskalılar”ın yanına göndərəcəklər”.
M.Şıxəliyev bu epizod üzrə bildirib ki, Nizami Kazımov İstintaq Baş idarəsində "Texnika Bank” ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs olub: "Onunla heç bir münasibətim, əlaqəm, düşmənçiliyim və ya ədavətim olmayıb. Onu və qardaşı Arzu Kazımovu qəbul etdiyimi xatırlamıram”.
M.Şıxəliyev V.Ələkbərovla birgə MTN-ə gətirib hədə-qorxu gələrək külli miqdarda pul tələb etmələri və almaları barədə bütün ittihamları rədd edib: "Hüseyn Səfərov da bu işlər bağlı dindirilməsi üçün dəvət olunub. Lakin onunla Vüsal Ələkbərov arasında olan söhbətdən xəbərim yoxdur. Namil Rzayevi 1993-cü ildə Qaradağ rayon polis idarəsinin rəis müavini Eldar Rzayevin yanına gedib gələrkən onun qohumu kimi tanımışam. Həm də 1997-ci ildən yaşadığım evin həyətində Namilin ofisi olub. Onunla hərdənbir həyətdə görüşmüşük, adi tanışlıq münasibətimiz olub. Aramızda düşmənçilik və ya ədavət olmayıb. Namil Rzayev mənə hər hansı məbləğdə pul verməyib. Yalnız bankda batan pulunun qaytarılmasına köməklik göstərməyi xahiş etmişdi. Mən də Namilə bunu məhkəmə qaydasında həll edə biləcəyini izah etdim. Ondan pul almaqla bağlı heç bir danışığımız olmayıb.
Vüsal Ələkbərovun Bahəddin Soltanovdan 500 min manat tələb etməsindən xəbərim olmayıb. "Texnika Bank” ASC-nin Sumqayıt filialının müdiri Müsənnif Salahovu tanımıram. Təhsin Ağayev və Vüsal Ələkbərovun hədə-qorxu gələrək ondan 600 min manat almaqlarından məlumatım yoxdur.
Akif Qurbanovu qəbul etməyimi, onun ölkədən çıxışına 1 il ərzində qadağa qoyulması barədə göstəriş verməyimi xatırlamıram. Onunla Vüsal Ələkbərov arasında nə söhbət oduğunu bilmirəm”.
Qeyd edək ki, M.Şıxəliyev hazırda ev dustaqlığındadır. (Qafqazinfo)
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb