Şriftin ölçüsü / 204 dəfə oxunub

Banklara elektron ticarətə ƏDV-nin tətbiqi ilə bağlı 1 ay möhlət verilib

10 Yanvar 2017 [16:11]

Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi kommersiya banklarının elektron ticarətdə ƏDV-nin tutulmaması ilə bağlı razılığa gəlib.

Yeni razılaşmaya əsasən, banklar 1 ay ərzində elektron ticarət əməliyyatlarına qarşıƏDV tətbiq etməyəcək.

Xatırladaq ki, yeni ildənVergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycan banklarına məxsus plastik kartlarla xarici rezidentlərdən alınan xidmətlərə görə 18% ƏDV hesablanmalıdır.
report



SON XƏBƏRLƏR