DİN Mehman Hüseynovla bağlı araşdırmaya başladı

img

10-01-2017 [11:09]


Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun saxlanılıb-saxlanılmadığını araşdırır.

Bu haqda Modern.az-a DİN-nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. O deyib ki, məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, M.Hüseynovun yoxa çıxması ilə bağlı yaxınları sosial şəbəkədə məlumat verib. Bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR