Şriftin ölçüsü / 959 dəfə oxunub

Prezident kürəkənini mühüm vəzifəyə təyin edir

09 Yanvar 2017 [22:52]
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni Vaşinqton administrasiyasında böyük məsləhətçi vəzifəsini tutacaq.

Bu barədə CNBC telekanalı məlumat verib. Trampın özü bununla bağlı jurnalistlərin sualını cavablandırmayıb, yanvarın 11-də keçiriləcək mətbuat konfransını gözləməyi təklif edib.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olacaq.



SON XƏBƏRLƏR