Artur Rasizadə hesabat verməyə hazırlaşır

img

09-01-2017 [10:55]


Milli Məclisin qış tətili bitdikdən sonra komitələr işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir.

Parlamentin yaz sessiyasının ilk planer iclası isə fevral ayının 1-də olacaq. Modern.az saytınınməlumatına görə, Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat dinləniləcək.

Qeyd edək ki, bu prosedur, "Milli Məclisin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Daha sonra isə hesabatın müzakirəsi başlanır.

Hesabat əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunur, deputatlara paylanılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR