Qubada baş vermiş hadisə ilə bağlı İşçi Komissiya yaradıldı

img

07-01-2017 [17:59]


Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı İşçi Komissiya yaradılıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, Komissiyanın üzvləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunub.

Onun sözlərinə görə, artıq sabah Komissiya üzvləri, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın rəhbərliyi ilə Qubada 10 yaşlı Nuray Bayramzadə və onun ailə üzvləri ilə görüşəcəklər: "Komissiya hazırda araşdırmanı davam etdirir. Araşdırmalara əsasən, ola bilsin iddia qaldırıla bilər. Dövlət Komitəsi uşaq hüquqlarının pozulması ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR