Şriftin ölçüsü / 513 dəfə oxunub

İcra başçısı Nurayla bağlı sərəncam veribmiş...

07 Yanvar 2017 [14:16]
Quba rayon İcra Hakimiyyəti 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib.

Mia.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elşad Əliyev APA-ya bildirib ki, 2010-cu ildən uşağın mənafeyi, yaşayış şəraiti nəzərə alınaraq icra başçısının sərəncamı ilə onun xalası Mehriban Eldarovaya qəyyumluq hüququ verilib: "Daha sonra bioloji atasının məhkəməyə müraciəti əsasında qəyyumluq ləğv olunub. Hazırda qanunvericiliyə əsasən 10 yaşlı uşağın yenidən qəyyumluqla bağlı müraciəti zamanı uşağın özünün mövqeyi də nəzərə alınır. Bunun üçün qarşı tərəf yenidən məhkəməyə müraciət etməlidir. Mübahisəli məsələ olduğu üçün İcra Hakimiyyəti yox, məhkəmə bu barədə qərar verməlidir”.

Xatırladaq ki, Nuray Bayramzadə xalasından alınaraq atasına verilməsi ilə bağlı məhkəmə qərarının icrası zamanı zorakılıqla üzləşib. Sosial şəbəkədə bununla bağlı video yayılıb.


SON XƏBƏRLƏR